Accessibility links

Qərb separatçıların "referendum"unu tanımır


Seçki komissiyaları Gürcüstanın separatist Cənubi Osetiya regionunda 55 min seçicinin yarıdan çoxunun regionun Tbilisidən müstəqilliyi barədə səsvermədə iştirak etdiyini bildirir.

Gürcüstan və qərb dövlətləri referendumun nəticələrini tanımayacaqlarını deyiblər.

Gürcü rəsmiləri Rusiyanı ərazini işğal etmək məqsədilə səsverməyə dəstək verməkdə günahlandırıb.

Rusiya artıq Cənubi Osetiyanın əhalisinin çoxuna vətəndaşlıq hüququ verib və səsvermədə iştirak edənlərin bir çoxu bunu Rusiyaya formal birləşmə istiqamətində addım kimi gördüklərini deyiblər.

XS
SM
MD
LG