Accessibility links

Corc Buş Asiya səfərinə başladı


ABŞ prezidenti Corc Buş səkkiz günlük Asiya səfərinə çıxıb. İndoneziya, Vyetnam və Sinqapurda dayanacağı gözlənilən prezidentin Asiya Sakit Okeanı Hövzəsi Ölkələrinin sammitində iştirak edəcək. Prezident Buşun səfərinin məqsədi ABŞ liderliyini dünyanın ən sonuncu super qüdrəti kimi dünya səhnəsində nüfuzunu itirmədiyini nümayiş etdirməkdir.

Corc Buş bazar ertəsi günü Nümayəndələr Palatasında Vyetnamla ticarət əlaqələrinin normallaşdırılmasına dair sənəd təsdiq edilmədikdən sonra, prezidentin Vyetnama yeni razılıqla gedəcəyi planı baş tutmamışdır. Sənədin respublikaçı sponsorlarının digər bir strategiyaya əl ataraq, ticarət razılığının təsdiqinin əldə ediləcəyi ümidləri də boşa çıxmışdır. Belə ki, sənədin təsdiqi təxirə salınmışdır.

Prezidentlik müddəti azaldıqca prezidentlərin daxili məsələlərdə Konqresin təsdiqini əldə etmələri çətinləşdiyi üçün onlar diqqətlərini xarici siyasətə yönəldirlər. Məsələn, Riçard Nikson Vatergate qalmaqalı onun hökumətini zəiflətdiyi vaxt silahlara nəzarət sazişinin imzalanması məqsədi ilə Moskvaya səfər etmişdi. Bil Klinton impic edilmədən xilas olduqdan sonra prezidentliyinin son aylarını yaxın Şərqin sülh prosesinə həsr etmişdi. Prezident Buşun isə bu müddətin başa çatmasına iki ili qalır. Bu ayın sonunda onun Baltikyanı ölkələr, Latviya və Estoniyaya səfəri gözlənilir.

XS
SM
MD
LG