Accessibility links

İsrail Qərb Sahillərində məhdudiyyətləri azaldacağını deyir


İsrail bildirib ki, İordan Çayının Qərb Sahillərində məhdudiyyətləri azaldacaq. İsrailin müdafiə naziri Amir Perets bunu İsrailin baş naziri Ehud Olmertin Fələstin prezidenti Mahmud Abbasla görüşündən iki gün sonra bəyan edib. Cənab Perets deyib ki, 27 nəzarət məntəqəsinin ləğv edilməsi qərara alınıb, lakin o, 59 nəzarət məntəqəsinin ləğvinin nəzərdə tutulduğunu bildirib. Müdafiə naziri eləcə də, Milad bayramı və müsəlmanların Qurban bayramı münasibəti ilə İsrailin xeyirxahlıq göstəkrərək bəzi fələstinli dustaqları azad etmək fikrində olduğunu deyib.

Qeyd edək ki, Iyun ayında İsrail əsgərinin Fələstin yaraqlıları tərəfindən oğurlanmasından sonra, İsrail fələstinli dustaqları azad etməyəcəyini bildirmişdi.

XS
SM
MD
LG