Accessibility links

Molla Ömər Bin Ladeni beş ildir görmədiyini deyir


Əfqanıstanda hakimyyətdən devrilmiş Taliban rejiminin axtarışda olan lideri Molla Ömər son 5 ildə Üsəma Bin Ladeni görmədiyini deyib. Röyter xəbər agentliyinin suallarına e-maillə verilmiş və Talibanın sözçüsü vasitəsilə çatıdırılmış cavabda Molla Ömər bildirib ki, Bin Ladenlə görüşməyib və 2001-ci ildə Qəndəhardan qaçandan sonra onunla görüşməyə cəhd göstərməyib. Bununla yanaşı, Molla Ömər xarici qüvvələr ölkədən çıxmayana qədər Əfqanıstanda müharibənin davam etdirəcəyilə hədələyib.
Birləşmiş Ştatlar Molla Ömərin əl keçməsinə yardım edəcək informasiya üçün 10 milyon dollar vəd edib.
XS
SM
MD
LG