Accessibility links

Kondoliza Rays Yaxın Şərqə səfər edəcək


ABŞ-ın dövlət katibi Kondoliza Rays həftə sonu Yaxın Şərqə səfər edəcək. Onun İsrailə və Fələstin ərazilərinə səfər edəcəyi gözlənilir.

Birləşmiş Ştatlar Fələstində prezident Mahmud Abbası Həmasla qarşıdurmada dəstəkləyir. Bu gün də Həmas və Mahmud Abbasın Fətah qruplaşması arasında zorakılıqlar qeydə alınıb.

Bu arada Fəıləstin yaraqlı qrupu 6 ay əvvəl girov götürülmüş İsrail əsgərinin salamat olduğunu və müharibə əsirləri ilə davranış haqqında İslam qaydalarına uyğun şəkildə saxlandığını bildiriblər.

Fələstin Müqavimət Komitəsinin sözçüsü Əbu Mücahid İsrail min fələstinli əsiri azad etməyənə qədər serjant Gilad Şalitin qaytarılmayacağını bildirib.

Komitə iyunun 25-də zabitin oğurlanmasına görə məsuliyəti üzərinə götürən üç təşkilatdan biridir. Girov əməliyatı İsrailin Fələstin ərazilərində geniş miqyaslı hücumları ilə nəticələnmişdi.

XS
SM
MD
LG