Accessibility links

Demokratların Buşun strategiyasına cavabı: Daha çox əsgər problemi həll etməyəcək


ABŞ konqresinin hər iki palatasında üstünlüyü əldə edən demokratlar İraqda Amerika qoşunlarının artırılmasının əleyhinə çıxış edirlər.

Prezident Buşun çıxışına demokratların cavabını təqdim edən senator Dik Durbin artıq ABŞ qoşunlarının İraqdan mərhələlərlə çıxarılmasının vaxtının gəldiyini deyib.

Senator Barak Obama CNN telekanalına müsahibəsində president Buşun öz çıxışında daha 20 min əsgərin İraqa göndərilməsinin effektli olacağına dair heç bir sübut təqdim etmədiyini deyib. O, daha çox əsgərin İraqda təriqətlərarası münaqişəyə son qoymaqda yardımçı olacağına inanmadığını əlavə edib.

Senatdakı çoxluğun lideri Harri Reyd demokratların əlavə qoşunların nəyə gərək olduğu barədə suala cavab axtardığını deyib.

Demokrat senator Ted Kennedi Buşun İraqa qoşun göndərməzdən əvvəl Konqresdən icazə istəməsini ehtiva edən qanunun qəbulunu təklif edib. İraqda qoşunların artırılmasına bəzi respublikaçılar da etiraz edir.

Respublikaçı senator Norm Koulman deyib ki, bu, daha çox sayda Amerika əsgərinin təriqət münaqişəsinə müdaxiləsinə səbəb olacaq. Respublikaçı Sem Braunbek İraqa səfəri zamanı daha çox əsgər göndərilməsinin dərdə dərman olacağına inanmadığını demişdi.

XS
SM
MD
LG