Accessibility links

ABŞ-ın mərhum prezidenti Cerald Ford İraq müharibəsini dəsdəkləmirmiş


Amerikanın 38-ci Prezidenti Cerald Fordun ölümündən sonra çap olunmasını tələb etdiyi müsahibə artıq Vaşington Postda dərc edilib. Həmin müsahibə mərhum prezidentin bəzi münaqişəli məsələlər haqqında əsil mövgeinin xalqa açıqladığından fərqli olduğunu göstərir.

Jurnalist Bob Vudvord sabiq prezident Forlddan müsahibəni 2004-cü ildə alıb. Həmin müsahibənin şərtinə görə Ford ölməzdən əvvəl danışığın məzmunu ictimaiyyətə açıqlana bilməzdi. Vəfatına qədər cənab Fordun Prezident Nikson və Buş administrasiyasının siyəsəti haqda fikirləri məlum deyildi.

O zamanki vitse prezident Spiro Aqnyu bir vaxtlar vergidən yayındığına görə istefa verdikdən sonra Prezident Nikson Cerald Fordu vitse prezident vəzifəsinə təyin etdi. İndiyədək məlum olan tarixi sənədlərə görə Prezident Nikson və Ford bir-birlərini yaxşı tanımırdılar. Lakin Vaşinqton Postun jurnalisti Bob Vudvord əvvəllər nəşr edilməmiş sənədlər açıqlayıb ki, burada Ford-Nikson dostluğunun hələ 1940-cı illərdən başladığı göstərilir.

Votergeyt qalmaqalının qızğın çağında Prezident Niksonun hələ konqresmen olan Fordla auidolentə yazılmış söhbətində prezident ona respublikaçı nümayəndələri müqavimətə səfərbər etməyi tapşırır. Cənab Fordun Riçard Niksonu münaqişəli əvfi çoxlu tənqidlərə səbəb olmuşdu. Bununla Richard Nikson mühakimə və həbsdən xilas olmuşdu. Çoxlu şərhçi Cerald Fordun seçicilərin bu məsələdəki qəzəbinə görə 1976-cı il prezident seçkilərində Cimmi Kartıra məğlub olduğunu iddia edir. İndi isə bir çoxları Cerald Fordun Niksonu əvf qərarını Amerika xalqının yaralarını sarımağa yönəlmiş müdrik addım kimi qiymətləndirir. Lakin jurnalist Bob Vudvord deyir ki, burada onların dostluğunun da böyük rolu olub. Digər tərəfdən açıqda Ford prezident Buşun İraqa müdaxilə qərarını dəstəkləyirdi. Lakin şəxsi söhbətdə o, Vudvorda deyib: “Zənnimcə Ramsfeld, Çeyni və prezident İraqda müharibəyə getmək üçün səhv səbəb seçdilər. Onlar əsas diqqəti kütləvi qırğın silahlarına yönəltdilər. Amma indi, və mən bunu ictimaiyyətə demirəm, düşünürəm ki, bu, səhv qərar idi.”

Sabiq prezident həmçinin Prezident Buşun azadlıq platformasına tənqidi yanaşırdı və deyirdi ki,“Mən insanları azad etmək nəzəriyyəsini anlayıram. Amma düşünmürəm ki, bizim milli təhlükəsizliyimizə cavab verməyən təqdirdə dünya boyu cəhənnəm odu yağdırmaqla insanları azad etməliyik.”

Buş administrasiyasının İraq siyasətinin memarları Vitse prezident Dik Çeyni və sabiq Müdafiə naziri Donald Ramsfeld olublar. Hər iki rəsmi cənab Fordun prezident idarəsinin rəhbəri kimi xidmət etmiş, cənab Ramsfeld isə həmin administrasiyada müdafiə naziri çalışmışdır. Bob Vudvord deyir ki, sabiq prezident Dik Çeynini əla idarə rəisi hesab edib, lakin narahatçılığını izhar edib ki, vitse-prezident olandan bəri o savaşqanlıq göstərir. Buş administrasiyasının rəsmiləri Prezident Fordun Bob Vudvorda söylədikləri barədə şərh verməyiblər.

Mövzuya uyğun

XS
SM
MD
LG