Cənubi Asiya liderləri Şimali Koreyanı ikinci atom bombasının sınağını təxirə salmağa səsləyirlər. Cənub-Şərqi Asiya Dövlətlərinin Assosiasiyası ASEAN bu gün bu haqda Filippin şəhəri Kebuda bəyanat yayıb.
Qrup Şimali Koreyanı Nüvə Non-Proliferasiyası Sazişinə qoşulmağa səsləyərək, onu 2005-ci ildə nüvə silahlarından əl çəkmək haqda götürdüyü öhdəliklərə əməl etməyə səsləyib. Qeyd edək ki, Şimali Koreya özünün ilk atom bombası sınağını ötən ilin oktyabr ayında keçirib.