Accessibility links

Pakistanın Vəziristan bölgəsində hücumlar artmaqdadır


Pakistanın Əfqanıstanla sərhəddindəki qəbilə bölgələrində intihar hücumu nəticəsində azı 6 adam qətlə yetirilib. Bu hücumlar hökumətin yerli yaraqlı dəstələrlə əldə etdiyi sülh razılıqlarının pozulması narahatlıqlarını artırır. Hücum bu gün səhər, qəbilələrin yaşadığı Şimali Vəziristan bölgəsinin Miranşah yaşayış yeri yaxınlığındakı hərbi yoxlanış məntəqəsində baş verib.

Ordu sözçüsü general Şövkət Sultan müxbirlərə intiharçının maşını çox guman ki, sürətlə yoxlanış məntəqəsinə sürdüyünü deyib. Hücumun məsuliyyətini üzərinə götürən olmasa da, həmin ərazilərdə Taliban yönümlü ekstremistlər çoxluq təşkil edir.

Qeyd edək ki, 2003-cü ildən, hökumətin təhlükəsizliyin təmin edilməsi məqsədi ilə genişmiqyaslı hərbi əməliyyatlara başlamasından bəri həmin ərazilərdə yüzlərlə insan qətlə yetirilib.

Xatırladaq ki, keçən həftə də Cənubi Vəziristan yaxınlığında Əl Qaida düşərgələrinin yerləşdiyindən şübhələnilən ərazilər hökumətin hərbi təyyarələri tərəfindən sıradan çıxarılmışdı.

XS
SM
MD
LG