Accessibility links

ABŞ şəhərlərində abort əleyhinə  yürüşlər keçirilib


On minlərlə anti-abort fəalı bu gün Ali Məhkəmənin abortu leqallaşdırmasının 34-cü ildönümü münasibətilə Vaşinqtona yürüş edib. Buna oxşar yürüş və nümayişlər bütün Birləşmiş Ştatlar boyu şəhərlərdə və qəsəbələrdə keçirilib.

Vaşinqtonda abortun opponentləri Kapitoli və Ali Məhkəmə binaları qarşısından keçiblər. Prezident Buş telefon vasitəsilə nümayiş iştirakçılarına müraciət edib. Həyat Uğrunda Yürüş adlanan tədbirdə mühafizəkar senator və prezidentliyə namizəd Sem Braunbek də iştirak edib. Bu məsələdə müxalif fikirdə olan adamlar da Vaşibqtonda nisbətən kiçik nümayiş keçiriblər.

XS
SM
MD
LG