Accessibility links

ABŞ qüvvələri İraqda təhlükəsizlik əməliyyatlarına başlayıb


ABŞ və İraq hərbi qüvvələri son günlər yüzlərlə insanın ölümü ilə nəticələnmiş hücumların qarşısını almaq məqsədilə Bağdadda təhlükəsizlik əməliyyatlarına başlayıblar.

Pentaqon sözçüsü qoşun artımının mayadək davam edəcəyini deyib. Bağdaddan gələn yeni məlumatlarda deyilir ki, ABŞ və İraq hərbi qüvvələrinin təhlükəsizlik əməliyyatları Bağdadın sünnilər yaşayan Adəmiyyə hissəsində başlayıb.

ABŞ hərbi qüvvələri Şinhuk vertolyotunun qəzaya uğraması nəticəsində altı nəfərin həlak olduğunu təsdiqləyiblər. Bu arada Nyu York Taymz qəzetinin yazdığına görə ABŞ hərbi komandiləri prezident Buşa bildirib lər ki, əgər mülki agentliklər öz üzərlərinə düşən vəzifəsləri yetirnə yetirməsələr onda yeni İraq strategiyası uğursuzluğa düçar ola bilər.

Başqa xəbərdə isə İraqda ötən həftə İran diplomatını girov götürmüş dörd İraqlı zabitin həbs olunduğu xəbər verilir.

XS
SM
MD
LG