Accessibility links

Türkiyənın xarici içlər nazirinin ABŞ-a rəsmi səfəri davam edir


ABŞ rəsmiləri Amerikada səfərdə olan Türkiyənin xarici işlər naziri Abdulla Gülü əmin etməyə çalışıblar ki, 20-ci əsrin əvvəllərində Osmanlı imperiyası dövründə ermənilərin genosidinin tanınması ilə bağlı qətnaməni ləğv etməyə çalışacaqlar. Türkiyənin xarici işlər naziri Ağ Evdə ABŞ dövlət katibi Kondolizza Rays tərəfindən qəbul edilib. Dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə müşavir Stefen Hadli ilə görüş zamanı ABŞ-ın İraqın şimalında kürd yaraqlılarının əməliyyatlarına son qoyulması üçün kifayət qədər iş görmədiyinə dair Türkiyənin narahatlıqları da müzakirə edilib.

Buş administrasiyası NATO-ya üzv və ABŞ-ın İraqdakı əməliyyatlarında böyük əhəmiyyət kəsb edən Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmir. Administarsiya Konqres üzvlərinin soyqırımla bağlı qətnamənin qəbulu cəhdlərinə dəfələrlə etiraz etmişdi.

Abdulla Güllə görüşdən əvvəl ABŞ dövlət kaytibi Kondolozza Rays müxbirlərə demişdi ki, Türkiyə bizim strateji müttəfiqimiz və dəyərlərimizi bölüşən qlobal partnyorumuzdur. İki ölkə arasında dostluq münasibətlərini yüksək qiymətləndirən Abdulla Gül isə bildirib ki, əlaqələrdə dəyərlərə əsaslanan strateji məsələlər mövcuddur.

XS
SM
MD
LG