Qüdsün meri Fələstinlilərlə gərginliyin azaldılması məqsədiylə müsəlmanların ən müqəddes üçüncü ibadət yeri kimi nəzərdə tutulan Əl Əgsa Məscidinə gedən yolun təmirini təxirə salıb.
İsrailin qədim yolun təmiri planı Qüdsdə Ərəblər və müsəlmanların etirazlarına səbəb olub. Dünyanın hər tətərəfindəki müsəlman liderlər İsraili təmir işlərini dayandırmağa çağırıblar. Onlar bu fəaliyyətlərin Əl Əgsa Məscidi və Qübbəd-əs-səhranın binövrəsinə zərər verə biləcəyini deyiblər.
Qüdsün meri Yuri Lupolianski bildirib ki, yeni yol çəkilməsi planı nəzərdən keçiriləcək. O ilkin qazıntıların isə davam edəcəyini söyləyib. Müsəlman liderlər qazıntılara imkan verilməsi qərarını tənqid ediblər.