Accessibility links

Israil polisi ilə fələstinlilər arasında toqquşma olub


Bu gün Qüdsdə Cümə namazından sonra fələstinlilərlə İsrail polisi arasında toqquşma baş verdiyi və 15 nəfərin həbs edildiyi xəbər verilir. Lakin Amerikanın Səsinin müxbiri Robert Berger Qüdsdən xəbər verir ki, yəhudilərlə müsəlmanlar arasındakı gərginlik artmaqda davam edir.

İsrail polisi Qüds şəhərinin qədim hissəsində onlara daş atan fələstinlilərə qarşı sarsıdıcı qumbaralar və təzyiqli su ilə cavab vermişdir. Qeyd edək ki, müsəlmanlar İslam üçün üçüncü müqəddəs yer olan Əl Əqsa məscidinin ətrafındakı tikinti işlərinin məscidin təməlinə ziyan vuracağını deyərək, etirazlarını bildirirlər. Yəhudilər isə Dağ Məqbərəsi adlandırdıqları bu yerin yəhudilərə məxsus olduğunu deyirlər.

Xatırladaq ki, keçən həftənin cümə günü İsrail polisi fələstinlilərin qıyamını yatırmaq məqsədi ilə Əl-Əqsa kompleksinə hücum etmişdi. Bu həftə güclü təhlükəsizlik ölçüləri etiraz edən fələstinliləri köhnə şəhərdən kənarda saxlayıb. Şəhərə 3 000-ə yaxın polis qüvvəsi yerlədşirilib. Məscid yerləşən bölgəyə 50 yaşından aşağı kişilər buraxılmır. İsraildəki İslam Hərəkatının lideri , tikinti işlərinə etiraz aksiyasına rəhbərlik edən Rayed Saleh Əl Əqsa məscidinə buraxılmayanlar arasındadır. Saleh müsəlmanları İsrailə qarşı üçüncü intifadaya çağırıb. İsrail hökuməti isə aparılan təmir işlərinin məscidlərl ziyanı olmadığını deyərək, tikintinin davam edəcəyini bildiriblər.

XS
SM
MD
LG