Accessibility links

Fələstin prezidenti milli birlik hökuməti üçün şans istəyib


Fələstin prezidenti Mahmud Abbasın yardımçıları bildirib ki, o, ABŞ elçisindən Fələstinin yeni milli birlik hökumətinə şans verilməsini xahiş edib. Məlumata əsasən, cənab Abbas ABŞ elçisi Devid Uelşə bildirib ki, Fətah və Həmas qrupları arasında əldə edilən razılıq mümkün olan ən yaxşı anlaşma idi. Koalisiya hökuməti Vaşinqtonun əsas şərtini yerinə yetirməyərək, İsraili tanımaqdan imtina edir.

Bu arada Birləşmiş ştatların dövlət katibi Kondoliza Rays İsrailin baş naziri Ehud Olmer və Fələstin prezidenti Mahmud Abbasla bazar ertəsi Qüdsdə görüşməyi planlaşdırır. Xanım Raysın dediyinə görə, bu qeyri-rəsmi danışıqlar hər iki dövlətin mövcudluğunu nəzərə almaqla Yaxın şərqdə sülhün bərqərar olunması yollarının axtışına həsr olunacaq.

Amerikanın xarici siyasət idarəsinin rəhbərinin ayrı-ayrılıqda cənab Olmertlə və Mahmud Abbasla bazar günü görüşəcəyi gözlənilir.

XS
SM
MD
LG