Suriya prezidenti Bəşar Əl-Əsəd iki günlük İran səfərini ABŞ və İsrailin müsəlmanlar arasında parçalanma yaratmaq cəhdlərinə müqavimət göstərilməsində əməkdalıq vədləri ilə başa çatdırdı. Suriya prezidenti İrana səfəri çərçivəsində ali ruhani rəhbər Ayatolla Xameneyi ilə danışıqlar keçirib. Görüşün təfərrüatı ictimaiyyətə açılanmayıb. Dünən Bəşar Əl-Əsəd İran prezidenti Mahmud Əhmədinejad və İranın sabiq prezidenrti Haşemi Rəfsəncanı ilə danışıqlar keçirmişdi. Görüşlər zamanı Əl-Əsəd Vaşinqtonu İraqdakı uğursuzluğunu ört-basdır etmək məqsədi ilə şiə və sünnülər arasında münaqişə yaratmaqda günahlandırmışdı.