Accessibility links

Yaponiya və Rusiya münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atır


Yaponiya və Rusiya Tokyoda baş nazirlərin görüşündə bir sıra sazişlər imzalayıblar. Razılaşmalar Yaponiyanın Rusiyadakı investisiyalarına dəstək və iki ölkə arasında biznes, enerji və ticarət müstəvilərində münasibətlərə dəstək xarakteri daşıyır. Rusiya baş naziri Mixail Fradkov və Yaponiya baş naziri Şinzo Abe həmçinin nüvə enerjisi sahəsində əməkdaşlıq etməyə qərar veriblər. Liderlər həmçinin Sakit okeanda yerləşən mübahisəli adalar və Şimali Koreyanın nüvə proqramını müzakirə ediblər. Yaponiya yanacaq üçün tamamilə xaricdən idxal olunan resurslara əsaslanır və Yapon rəsmiləri Yaxın Şərq neftindən asılılığı azaltmaq üçün Rusiya sərvətlərinə çıxışı genişləndirməyə çalışır.
XS
SM
MD
LG