ABŞ dövlət katibinin müavini Con Negroponte Cənubi Koreayada Şimali Koreyanın nüvə proqramının dayandırılması məsələsi ilə əlaqədər reqiondakı müttəfiqləri ilə görüşlər keçirir. O, beynəlxalq ictimaiyyəti Şimali Koreyanın nüvə obyektlərini bağlamaq barədə öhdəliklərinin yerinə yetirilməsi məsələsinə diqqət yetirməyə çağırıb. Bu qün Seulda müxbirlərlə qörüşən ABŞ Con Negroponte deyib ki, indi dünya Şimali Koreyanın keçən ay Pekində verdiyi vədlərə əməl edib-etməycəyini sınaqdan keçirir. Keçən ay Pxenyan Çin, Rusiya, Yaponiya, Birləşmiş Ştatlar və Cənubi Koreyaya yanacaq qarşılığında əsas nüvə reaktorlarını bağlayacağı barədə vəd vermişdi. Cənab Negroponte Şimali Koreyanı vədinə vaxtında əməl, əldə olunmuş razılığa əsasən bütün nüvə ğurğuları barədə məlumatları təqdim etməyə çağırmışdır.