Accessibility links

Avropa Birliyi liderləri enerji planına dair razılıq əldə ediblər


Avropa Birliyi liderləri Brüsseldə keçirilən zirvə görüşündə qlobal istiləşmənin qarşısının alınması məqsədilə uzun müddətli enerji siyasətinə dair razılığa gəliblər. Avropa Birliyində rotasiya ilə prezidentliyi icra edən Almaniyanın sammitdə sədri kansler Anqela Markel bu razılığın böyük əhəmiyyətini qeyd edib. Liderlər Avropa Birliyi ölkələri ərazisində enerji mənbələrinin azı 20 faizinin 2020-ci ilə qədər yeniləşidirilməsinə razılıq veriblər. Planda nüvə enerjisinin istixanə qazlarının azaldılması faktoru kimi çıxış etdiyi göstərilir.
XS
SM
MD
LG