Avropanın ali təhlükəszlik təşkilatı Gürcüstandan ayrıldığını elan etmiş Cənubi Osetiyada iqtisadi dirçəliş məqsədi ilə görüş keçirir. Cənubi Osetiyanın mərkəzi şəhəri olan Tsxinvalidəki görüşə ATƏT sponsorluq edir. Həmin bu görüşdə Avropa Birliyi, ABŞ, Türkiyə, Gürcüstan, Cənubi Osetia və Rusiya nümayəndələrə iştirak edirlər. Rəsmilərin məlumatına görə görüşdə məktəblərə yardım, yolların inşası kimi bir sıra layihələrin gedişatı, o cümlədən Tsxinvali və Tamaraşeninin su təchizatı müzakirə olunur. ATƏT-in Gürcüstandakı təmsilçisi Roy Riv-in dediyinə görə, bu görüş beynəlxalq ictimaiyyətin regionda münaqişənin sülh yolu ilə həll olunması ilə bağlı üzərinə götürdüyü öhdəliyi əks etdirir.