Accessibility links

ABŞ Senatı İraq qətnaməsini müzakirəyə çıxarıb


Birləşmiş Ştatların Senatı ABŞ-ın döyüş qoşunlarının 2008-ci il, martın 31-dən başlayaraq İraqdan çıxarılmasını nəzərdə tutan qətnamə üzrə müzakirələrin başlamasına səs verib.

Debatların gündəliyə salınması haqda qərarın lehinə 89, əleyhinə 9 səs verilib.

Senata nəzarət edən demokratlar İraq müharibəsi ilə bağlı qətnaməni iki dəfə səsverməyə çıxarmağa cəhd göstərib, lakin hər dəfə respublikaçıların müqaviməti ilə rastlaşıblar.

Həmin qətnamə layihələrində prezident Buşun təriqətlərarası zorakılıqla mübarizə üçün İraqa əlavə qoşun göndərmək planını tənqid edilirdi. Bu dəfə Senatdakı respublikaçılar debatların baş tutmasına razılıq verərək bunu həmin sənədlərə etirazın açıq şəkildə bildirilməsi üçün etdiklərini deyiblər. Respublikaçılar demokratları İraq müharibəsinə nəzarəti prezident Buşun əlindən almağa çalışmaqda ittiham edirlər.

Senat çoxluğunun lideri Harri Rid qətnaməyə cəmi 49 demokratın səs verəcəyini ehtimal etdiyini, sənədin keçməsi üçün isə 51 səsin gərəkli olduğunu deyib.

XS
SM
MD
LG