Banqladeşin keçmiş baş naziri Xalidə Ziyanın oğlu rəsmən oğurluqda günahlandırılır. Polis Tariq Rəhmanın bir tikinti şirkətindən 145 000 dollar götürdüyünü bildirib. Rəhman iddiaları təkzib edib. Martın 8-də korrupsiyaya qarşı geniş kampaniya çərçivəsində həbs olunan onlarla siyasətçidən biri olan Banqladeş Milliyətçi Partiyasının həmsədri Rəhmanın günahı məhkəmədə sübuta yetirilərsə, onu 5 ilədək həbs cəzası gözləyir.
Rəhmanın anası baş nazir postunda 5 illik müddətini oktyabrda başa vurub və bundan sonra hakimiyyəti seçkilərə hazırlıqla məşğul olan müvəqqəti hökumətə ötürüb. Yanvar ayına təyin olunan seçkilər seçki islahatı tələbilə keçirilən nümayişlərdən sonra təxirə salınmışdı.