Son rəy sorğuları göstərib ki, iraqlılar ölkələrinin gələcəyinə bədbinliklə baxır. Hər 10 iraqlıdan 9-u hesab edir ki, özləri və ya ailə üzvlərindən heç olmasa biri zorakılıqların qurbanı olacaq. Respondentlərin 18 faizi ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə, 49 faizi isə İraq hökumətinə etimad etdiyini bildirib. BBC-nin iki il əvvəl keçirdiyi sorğuların nəticəsi 71 faiz iraqlının gələcəyə nikbinliklə baxdığını göstərmişdi. Qeyd edək ki, sorğularda İraqın 18 vilayətindən 2000-dən artıq adam iştirak edib.