Solomon adalarında baş verən şiddətli zəlzələ və sunami 13 adamın ölümünə səbəb olub. Rixter şkalası ilə 8 bal gücündə olan zəlzələ yerli vaxtla səhər saat 7:40-da, Solomon adalarının paytaxtından 350 km şimal-qərbdə baş verib. Şahidlərin dediyinə görə, 5 metrə yüksələn dalğalar binalara ciddi ziyan vurub. Yüzlərlə insanın evsiz qaldığı xəbər verilir.