Accessibility links

Mahmudiyyədəki bomba partlayışı 15 nəfərin ölümünə səbəb olub


İraq təhlükəsizlik qüvvələrinin rəsmiləri bildirirlər ki, Bağdadın cənubundakı Mahmudiyyə yaşayış məntəqəsinin xəstəxanası yaxınlığında yük maşınına yerləşdirilmiş bomba partlayışı nəticəsində 15 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.

Bağdaddakı Amerika rəsmiləri Əl-Qaidə liderlərindən birinin ələ keçirildiyuini bildirmiş və demişlər ki, o, İraq xalqına qarşı bir sıra öldürüçü hücumların təşkilatçısı olub və onun Əl-Qaidənin bir neçə lideri ilə yaxından əlaqəsi olub.

Bu arada Birləşmiş Ştatların hərbi qüvvələrinə etiraz olaraq minlərlə adam müqəddəs Nəcəf şəhərinə toplaşıb. Radikal şiə ruhanisi Moqtada Əl Sədr iraqlıları Amerika hərbi qüvvələrinin İraqdakı mövcudluğuna və İraq təhlükəsizlik qüvvələrinin Amerika qüvvələrilə əməkdaşlığına qarşı bazar ertəsi keçiriləcək etiraz nümayişlərində iştirak etməyə çağırıb.

XS
SM
MD
LG