İraq rəsmilərinin bildirdiyinə görə, maşına yerləşdirilmiş bomba partlayışı şiələrin müqəddəs Kərbəla şəhərində 40 adamın ölümü, 100-dən artıq insanın yaralanmasına səbəb olub. Hücumun İmam Hüseyn məqbərəsindən 200 metrlik məsafədə həyata keçirildiyi bildirilir. Kərbəla şəhərinin qubernatoru şəhər darvazalarının da hücuma məruz qala biləcəyinə dair dəlillər əldə edildiyini bidlirib.
Bağdadın cənub bölgəsindəki Cədriyyə körpüsündə baş verən partlayış səbəbi ilə 10 adam həlak olmuş, 15 insan yaralanmışdır. Bu, son həftə ərzində əsas körpülərdə baş verən ikinci partlayışdır.