Accessibility links

Kristofer Hill: Şimali Koreyanın möhlətə əməl etməməsindən narahat olmağa ciddi əsas var


Amerikanın nüvə müzakirəçisi, ABŞ dövlət katibinin yardımçısı Kriftofer Hill Çin tərəfindən Şimali Koreya ilə bağlı təmkin nümayiş etdirməyə çağırılır. Göründüyü kimi nüvə reaktorunun bağlanmsına qoyulan möhlətin bu gün, başa çatdığı gün Şimali Koreya heç bir tədbir görməmək niyyətindədir.

Pekində altı-tərəfli müzkirələrin çinli iştirakçısı ilə görüdən sonra cənab Hill müxbirlərlə görüşüb. O deyib ki, Şimali Koreyanın möhlətə əməl etməməsindən narahat olmağa ciddi əsas var.

Fevral ayının 13-də əldə edilən razılığa əsasən Şimali Koreya Yongbyon nüvə reaktorunun fəaiyyətini bu gün dayandırmalı idi. Şimali Koreya isə Makau bankında dondurulmuş hedablarının azad edilməsinin sübuta yetirilməsini gözlədiyini bildirir.

XS
SM
MD
LG