Avropa İttifaqının Xarici Siyasət idarəsinin rəhbəri Haviyer Solana bu gün Lüksemburqda İranın nüvə müzakirəçisi Əli Laricani ilə Türkiyədə görüş keçiriləcəyini təsdiq edib. Beləliklə BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı mart ayında yeni sanksiyalar tətbiq etməsindən sonra bu, ilk üzbəüz görüş olacaq. İsrailin baş naziri Ehud Olmert dünən İranla nüvə proqramı ilə bağlı yaranmış qarşıdurmanın diplomatik yolla həllinə inandığını demişdi.