Accessibility links

İraqdakı Əl-Qaidə liderinin öldürüldüyü bildirilir


İraqın Daxili işlər Nazirliyinin sözçüsü, briqada generalı Əbdül Kərim Xələf Əbu Əyyub Əl Məsrinin Bağdadın şimal bölgəsindəki döyüşlər zamanı öldürüldüyünü bildirib. ABŞ ordusu isə Əl-Məsrinin öldürüldüyünü təsdiq etməyib, lakin təhqiqat aparıldığını deyib.

Misirli Əl-Məsri 2006-ci ilin iyun ayında iordaniyalı Əbu Müsab Əl-Zərqavinin öldürülməsindən sonra İraqdakı Əl-Qaidə qrupuna rəhbərlik edir.

İraq hökuməti aprel ayında mülki vətəndaşlar arasında qətl hallarının ötən ayla müqayisədə 20% azaldığını bildirib. Xəbər agentliklərinin məlumatında bildirilir ki, İraqın Daxili, Müdafiə və Səhiyyə nazirlikləri tərəfindən açıqlanan göstəricilərə əsasən, aprel ayında 1500 adam öldürülüb. Məlumatda bildirilir ki, həmin ay ərzində 63 İraq əsgəri və 130 polis işçisi həlak olub.

İraq rəsmilərinin bildirdiyinə görə, bu gün Bağdadda iki nəfər silahlı şəxs sərnişin avtobusuna hücum edərək, qadınlar və uşaqlar da daxil edilməklə azı 14 nəfəri qətlə yetiriblər. İskəndəriyyə və Lətifiyyə şəhərləri yaxınlığındakı hücumlar nəticəsində bir neçə adamın yaralandığı xəbər verilir.

XS
SM
MD
LG