Accessibility links

Avropa ölkələri Dünya Bankının prezidentinin istefası üçün təzyiqləri artırır


Belçika və Niderlandın maliyyə nazirləri Dünya bankının prezidenti Pol Volfovitsi tənqid edirlər. Niderlandın maliyyə naziri Vuter Bos deyib ki, bankın prezidenti yaxşı adı olan təmiz vicdanlı bir insan olmalıdır. Belçikanın maliyyə naziri Didiyer Reynders isə deyib ki, bank qanunlara riayət olunmadığı bir halda, digər ölkələrdən yaxşı idarəçilik standarlarına əməl edilməsini tələb edə bilməz. Bu açıqlamalar Dünya Bankının xüsusi heyətinin Pol Volfotvitsin qadın yoldaşının maaşını qaldırması və onun vəzifədə yüksəlməsinə imkan verərək bankın qanunlarını pozduğu haqda qərar çıxarmasından sonra verilir. Heyətin qərarı ilə tanış olanlar deyir ki, Pol Volfovits bundan xəbərdardır və indi cavab vermək vaxtıdır. Volfovits istefa verməkdən imtina edərək, irəli sürülmüş iddiaları ona qarşı “kampaniya” adlandırır. Ağ evin mətbuat katibi prezident Buşun Pol Volfovitsi dəstəklədiyini bəyan edib. Volfovitsin yardımçılarından biri dünən istefa verib. “Nyu York Tayms” qəzeti adının açıqlanmadğı Avropa rəsmilərinə istinadən xəbər verir ki, onlar Pol Volfovitsi vəzifəsindən çıxarmaq əvəzinə, onu könüllü olaraq istefa verməyə razı salmaq üçün ABŞ-ın köməyini istəyirlər.
XS
SM
MD
LG