Accessibility links

İzmirdə bir milyon insan dünyəvi quruluşa dəstək nümayiş etdirib


Bu gün Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə bir milyondan çox insan ölkədə dünyəvi hökumət sisteminə dəstək nümayiş etdirmək məqsədilə yürüş keçirib. Nümayişçilər Türkiyənin bayraqları, dünyəvi dövlətin əsasını qoyan Mustafa Kamal Atatürkün portləri əllərində küçələrə çıxıblar. Dünən İzmirin bazarında bir nəfərin ölümülə nəticələnmiş bomba hücumundan sonra minlərlə polis küçələrdə keşik çəkib. Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Bu günkü nümayiş iyul ayının 22-də partlament seçkilərindən öncə ölkədə dünyəviçilərin keçirdiyi nümayişlərdən sonuncusudur.
XS
SM
MD
LG