Accessibility links

İordaniya İsraili sülh planını qəbul etməyə cağırır


İordaniya kralı Abdulla İsrailin baş naziri Ehud Olmerti Yaxın Şərq sülh təşəbbüslərinə dair ərəblərin planını qəbul etməyə çağırıb. İordaniya rəsmilərinin bildirdiyinə görə, kral Abdulla cənab Olmertə bu tələblə Aqaba görüşü zamanı müraciət edib. Kral Abdulla bundan əlavə İsrailin baş nazirini fələstinlilərlə münasibətlərin normallaşdırılmasına və İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin genişləndirilməməsinə çağırıb. Ərəblərin sülh təşəbbüsləri planında İsrailin 1967-ci ildə işğal etdiyi əraziləri tərk etməsi müqabilində İsrail dövlətinin tanınması təklif edilir.

XS
SM
MD
LG