Accessibility links

Prezident Mahmud Abbas Fətah və Həması sülhə çağırıb


Bu gün Qəzza zolağında rəqib Həmas və Fətah qruplaşmaları arasında döyüşlərdə 11 nəfər həlak olub. Həmas qruplaşmasına məxsus silahlı şəxs Qəzza İsrail sərhəddindəki Kərni məntəqəsinin yaxınlığında prezident mühafizə qüvvələrinə hücum edərək azı səkkiz mühafizəçini öldürüb və bir neçəsini yaralayıb.

Döyüşlər fraksiyalar arasındakı sülh razılaşmasına və Fələstin prezidenti Mahmud Abbasın zorakılığı dayandırmaq barədə çağırışına baxmayaraq davam edir.

Prezident Abbas Fətah və Həmas fraksiyaları arasında davam edən döyüşləri səngitmək üçün hökumətin təhlükəsizlik planının yubanmadan icrasına çağırıb. Plan rəqib təhlükəsizlik qüvvələrinin ümumi komandanlıq altında işləməsini nəzərdə tutur.

Cənab Abbas fələstinlilərin islahatlar, yoxsulluğun ləğvi və inkişaf naminə çalışması üçün fraksiyaları sakitliyi təmin etməyə çağırıb.

XS
SM
MD
LG