Accessibility links

Venezuelada özəl TV şirkəti qapadılır


Venezuela Ali Məhkəməsi özəl televiziya şirkətinə öz transformator qurğularına hökumətə təhvil verməyi əmr edib. Məhkəmə həmçinin Venezuela hərbçilərinə Radio Karakas Televizuiya şirkətinin avadanlıqları üzərinə keşik çəkməyi tapşırıb. Venezuelanın ən qocaman özəl yaymlayıcısı və prezident Huqo Şavezin mütəmadi tənqidçisi beləliklə Bazar günü efiri tərk edəcək. Rəsmilər şirkətin bağlanmasını onun 2002-ci ildə Şavezə qarşı qiyamı dəstəkləməsi ilə izah edir. Gözlənilən nümayişlərin qarşsını almaq üçün paytaxta milli qvardiya qüvvələri yeridilib. Hökumət bildirir ki, RCTV-nin yerini yeni ictiami xidmət kanalı tutacaq.

XS
SM
MD
LG