Suriyanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, prezident Bəşar Əl-Əsədə daha yeddi il hakimiyyət verəcək ümummilli referendumun nəticələri onun səslərin 97 faizini əldə etdiyini göstərib. Daxili işlər naziri Bəssam Əbdel Məcid bu gün müxbirlərə bildirib ki, prezident Əsəd 11 milyon seçicinin müsbət səsini qazanıb. Qeyd edək ki, prezidentə müxalif heç bir namizəd olmadığına görə 12 milyon seçici “hə” və ya “yox” deyə Əl-Əsədə səs verib. Dəməşq parlamenti bu ayın əvvələrində prezidentin yenidən seçilməsi qərarını yekdilliklə təsdiq etmişdi. Referendumun yeganə şərti prezidentin səslərin 51 faizini əldə etməsi idi.