Accessibility links

İraqda koalisiya qüvvələri 6 militantı öldüb


İraqdakı ABŞ hərbçilərinin məlumatına görə koalisiya qüvvələri 6 militant öldürmüş və 18-ni ələ keçirmişlər. Hərbçilər Əl Qaida lideri ilə əlaqəli 10 nəfəri Bağdadda, 8 nəfəri isə Tacidə həbs ediblər.

Qərbi Əl Anbar vilayətində, Fallucadan şimalda 6 şübhəli məhv edilmiş və bir nəfər saxlanmışdır. Bu arada ABŞ Müdafiə naziri Robert Geyts deyir ki, Birləşmiş ştatlar Cənubi Koreyada olduğu İraqda uzun müddət mövcudiyyətini saxlamaq fikrindədir. Geytsin sözlərinə görə bu mövcudiyyət İraqla qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək və İraq hökumətinin suverenliyi qorunacaq.

XS
SM
MD
LG