Accessibility links

Demokratlar ikinci debatlarini keçirdi


2008-ci il prezident seçkilərində demokrat partiyasından namizədlər Nyu Hepşir ştatında ikinci debatlarını keçiriblər. Seçki gününə 17 ay qalan zaman keçən debat zamanı İraq müharibəsi müzakirələrin diqqət mərkəzində olub.

Demokrat partiyasından səkkiz namizəd İraq müharibəsilə yanaşı, mühacirət, səhiyyə, ABŞ-ın xarici siyasəti və digər məsələlərin müzakirəsinə geniş yer veriblər. Namizədlər Buş administrasiyasının 2001-ci il sentyabrın 11-i hadisələrindən sonra ölkəni terror hücumundan daha yaxşı müdafiə edib-etməməsi məsələsində fərqli fikirlərə malik olduqlarını nümayiş etdiriblər.

Şimali Karolina ştatından sabiq senator Con Edvards prezident Buşun terrorizmə qarşı qlobal müharibəsini “siyasi şüar” adlandır;b.

Rəy sorğularına görə, demokrat namizədlər arasında öndə gedən Nyu York ştatından senator Hilari Klinton Con Edvardsın muharibəni səciyyələndirməsilə razı olmadığını bildirib. “Biz indi əvvəl olduğundan daha az təhlükədəyik.”-deyə o bildirib.

İllinoys ştatından senator Barak Obama İraq müharibəsinin terrorçuların kökünü kəsmək səylərindən yayındığını söyləyib. “Biz prezidentin hərəkətlərinin nəticəsi olaraq indi daha təhlükəli dünyada yaşayırıq.”-deyə o bildirib.

Yeni rəy sorğuları senator Klintonun rəqiblərindən xeyli irəlidə olduğunu göstərir. “Vaşinqton post” qəzeti və ABC xəbər agentliyinin keçirdiyi birgə sorğuya əsasən, Hilari Klinton 42 faizlə irələdidədir. Barak Obama 27, Con Edvards isə sorğu iştikraçılarının 11 faizi tərəfindən dəstəklənir.

Demokrat partiyasından namizədlər Darfur regionunda zorakıqlara son qoymaq üçün Sudan hökumətinə təzyiq vasitələrini müzakirə ediblər.
Daxili siyasət sahəsində mihacirət və səhiyyə xidmətləri geniş müzakirəyə səbəb olmuşdur.
Bu, Demokrat partiyasından namizədlərin ikinci debatı idi.

Respublikaçılar partiyasından namizədlərin debatı çərşənbə axşamı günü eyni yerdə keçiriləcək. Rəy sorğularına əsasən, Nyu York şəhərinin keçmiş meri Rudi Culiani 34 faizlə irəlidə gedir, ondan sonra 20 faizlə senator Con Makkeyn gəlir.
Ənənəvi olaraq ilkin seçkilərin keçirildiyi ilk ştat olduğu üçün prezident seçki kampaniyasının erkən fəaliyyətləri də Nyu Hempşirdə baş verir.

XS
SM
MD
LG