Birləşmiş Ştatlar dövlət katibinin müavini Con Neqraponte gözlənilmədən İraq rəsmiləri ilə danışıqlar aparmaq məqsədi ilə Bağdada gedib. Birləşmiş Ştatlar və İraq rəsmilərinin bildirdiyinə görə, o, bu gün İraqın baş naziri Nuri Əl-Maliki və digər rəsmilərlə görüşüb.
Bu arada xəbər verilir ki, Əl Qaidə ilə əlaqəsi olan bir qrup hökumətin sünni dustaqları azad etmədiyi təqdirdə girov saxladıqları 14 nəfərdən ibarət İraq əsgər və polislərini qətlə yetirəcəkləri ilə hədələyib. Həmin qrup eləcə də sünni qadının zorlanmasına görə məsuliyyət daşıyanların təhvil verilməsini tələb edib.
ABÇ hərbiçiləri isə Bağdadda bomba hazırlanan zavod aşkar etdiklərini və terror hücumlarında şübhələnilən 11 nəfərin ələ keçirildiyini xəbər verirlər.