Accessibility links

Həmas Qəzza zolağında nəzarəti ələ keçirib


Fələstinin Həmas yaraqlı qrupu Qəzza zolağında Fətahın bütün mövqelərini ələ keçirdikdən sonra qələbəsini qeyd edir. Həmas döyüşçüləri cümə axşamı Fətahın sədri və fələstinlilərin prezidenti Mahmud Abbasın iqamətgahını ələ keçirdikdən sonra onun ətrafında patrul nəzarəti həyata keçirirlər.

Həmas Fətahın yüksək rütbəli hərbi komandirlərinə amnistiya vəd edib. Bu gün İordan çayının qərb sahilində olan cənab Abbas isə bitərəf keçmiş maliyyə naziri Salam Fəyyadı baş nazir təyin edib.

O, prezident Abbasın istefaya göndərdiyi Həmas lideri İsmayıl Haniyəni bu postda əvəzləməlidir. İstefa əmrinə məhəl qoymayan cənab Haniyə bu gün fələstinliləri sakitliyə və birliyə çağırıb. Qəzzadakı döyüşlərdə 110-dan artıq fələstinlinin öldürüldüyü bildirilir.

Lakin Fətah hələ də İordan çayının Qərb sahilinə nəzarət edir. Yaxın Şərq sülh dördlüyü – ABŞ, Avropa Birliyi, Rusiya və BMT cənab Abbasa dəstək ifadə ediblər.

XS
SM
MD
LG