Accessibility links

İran əfqan mühacirlərini məcburi vətənlərinə qaytarır


İran on minlərlə Əfqan milliyətli sənədsiz qaçqının İran iqtisadiyyatına ziyan vurduğunu deyərək, onları məcburən vətənlərinə qaytarır. BMT 100 000-dən çox əfqanın iki ay ərzində İrandan çıxaralacağını bildirib.

BMT və Əfqanıstan rəsmiləri bildiriblər ki, hər gün 2000-ə yaxın əfqan İrandan vətəninə göndərilir. Əfqan rəsmiləri bu qədər insanın geri qaytarılmasının yerli ehtiyatları dağıdacağını deyərək, Tehranı mühacirlərin geri qaytarılmasını dayandırmağa çağırıb.

BMT-nin sözçüsü Adrian Edvards beynəlxalq ictimaiyyətin də Əfqanıstanın paytaxtında İran rəsmiləri ilə bu barədə danışıqlar apardığını deyir. O deyir ki, İrandan çıxarılanların əksəriyyəti mühacir yox, sənədsiz işləyənlərdir və İranın bu addımı qeyri-qanuni deyil.

İran hələ fevral ayında BMT-yə Əfqanıstandan gəlmiş qeyri-qanuni mühacirlərin bu ilin sonuna qədər ölkədən çıxarılacağını demişdi.

XS
SM
MD
LG