Accessibility links

Prezident Buş Vaşinqtondakı İslam Mərkəzində Müsəlmanlara müraciət edib


İslam Mərkəzi paytaxt Vaşinqtonda müsəlman icmasının ürəyi sayılır. Prezident Buş da ora getməklə bunu bir daha vurğulayıb. Cənab Buş Amerikanın müsəlman dünyası ilə əlaqelərindən danışmış İslam Konfransı Təşkilatına xüsusi elçi təyin edəcəyini demişdir. Bu 57 ölkəni birləşdirən koalisiyaya ilk belə nümyaəndə olacaq. Prezidentin sözlərinə görə elçinin vəzifəsi müsəlman dövlətlərinin nümayəndələrinə qulaq asmaq və onlarla Amerika dəyərlərini və baxışlarını bölüşmək olacaq.

Bu, cənab Buşun islam mərkəzinə 3-cü səfəridir. İlk dəfə olaraq prezident mərkəzə 2001-ci il Sentyabrın 10-u hücumlarından dərhal sonra gəlmişdi. Hər dəfə bura gələndə Prezident Buşun məqsədi müsəlman etiqadını alqışlamaq və onun adından zorakılıq törədənləri tənqid etmək olmuşdu. Bu dəfəki çıxışında da cənab Buş İslam dünyasında mötədilləri müdafiə etmiş və İran və Suriya kimi yerlərdə insan azadlıqlarının təmin olunmasına çağırmışdır. Amerikanın məramlarını sual altına qoyan şəxsləri ABŞ lideri azad millətin paytaxtında insanların azad şəkildə istədiyi dinə etiqad edə bilməsini misal göstərmiş və Amerikada bütün din və etiqadlara hörmətlə yanaşıldığını bildirmişdir.

XS
SM
MD
LG