Accessibility links

Karikatur etirazlarının iştirakçısı Londonda ittiham olunub


Britaniya məhkəməsi Danimarkada Məhəmməd peyğəmbərin karikaturlarının dərc olunmasından sonra terror hücumlarına çağırışlar edən müsəlman etirazçını qətlə təşviq etmək ittihamı ilə cəzaya məhkum edib.

Bu gün London məhkəməsinin verdiyi qərara əsasən, Mizanur Rəhman keçən il Danimarka səfirliyinin qarşısında keçən etiraz aksiyası zamanı qətlə təhrik etməkdə günahlandırılır. Dünyanın hər yerində müsəlmanlar peyğəmbəri cizgiləndirən karikaturları təhqiredici hesab etmişdilər.

XS
SM
MD
LG