Accessibility links

Ağ ev İraqda ABŞ əsgərlərinin sayını azaltmaqdan imtina edir


Birləşmiş Ştatların Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Hedli deyib ki, Ağ ev iki nüfuzlu respublikaçı senatorun İraqda ABŞ hərbi qüvvələrinin sayının azaldılmasına dair təklifini rədd edib. Bu gün televiziyada müsahibə zamanı sənab Hedli deyib ki, prezident Buş İraqda irəliləyişə dair planını davam etdirəcək. O qeyd edib ki, ABŞ hərbi qüvvələri hələ müəyyən müddət İraqda qalmalıdır. Cümə günü respublilaçı senatorlar Con Varner və Riçard Luqar müdafiə xərclərində müharibədə yeni strategiyanı nəzərdə tutan dəyişikliyi təklif etmişdilər.
XS
SM
MD
LG