Accessibility links

Rauf Arifoğlu: Dövlət Departamentində bizim problemlərimizi bizdən də yaxşı bilirlər


Azərbaycandan bir qrup qəzet redaktoru ABŞ Dövlət Departamentinin "Beynəlxalq ziyarətçi" proqramı çərçivəsində Birləşmiş Ştatlara qonaq gəlib. Vaşinqtondan digər ştatlara yola düşməzdən əvvəl nümayəndə heyəti Amerikanın səsinin qonağı olub. Görüş zamanı heyətin üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu səfər planlarını və təəssüratlarını açıqlayıb.

Səfərin məqsədi azərbaycanlı qəzet redaktorlarının öz amerikalı həmkarlarının işi və həyatı barədə təsəvvürlərini genişləndirməkdir. Rauf Arifoğlunun sözlərinə görə, ilk gözə dəyən azərbaycanlı və amerikalı jurnalistlərin iş şəraitində olan fərq olub. Necə deyərlər, Azərbaycanda uşaqlar var, şərait yoxdur. Amma problem tək şəraitdədirmi? Rauf Arifoğlunun sözlərinə görə, yox.

Bəs şərait niyə yoxdur? Azərbaycanın ən yüksəktirajlı müxalifət qəzetinin oxucu qıtlığımı var? Rauf Arifoğlu deyir ki, ölkənin neft gəlirləri artdıqca, əhali kasıblaşır. Bu isə qəzetin tirajına təsir edir.

Azərbaycan həm də həbsdə olan jurnalistlərin sayına görə liderdir. Bu məsələlər Azərbaycan media kapitanlarının Dövlət departamentindəki görüşlərində də müzakirə olunub.

Azərbaycanlı redaktorların son dayanacağı Nyu York şəhəri olacaq ki, burada onların Jurnalistləri müdafiə Komitəsində görüşü gözlənilir.

Rauf Arifoğlu ilə tam müsahibəni audio-formatda dinləyin

XS
SM
MD
LG