Accessibility links

Pakistanın baş hakimi vəzifəsinə bərpa edildi


Pakistan Ali Məhkəməsi prezident Pərviz Müşərrəf tərəfindən vəzifəsindən azad edilmiş sabiq baş hakim İftixar Çodrini vəzifəsinə bərpa edib. Martın 9-da onun vəzifədən çıxarılması Pakistanda kütləvi etiraz askiyalarına səbəb olmuşdu. Ekspertlər Ali Məhkmənin bu qərarını onsuz da ciddi çətinliklərlə üzləşən cənab Müşərrəfə zərbə kimi qiymətləndirir.10 lehinə, 3 əleyhinə səslə Ali Məhkəmə bu gün hökumətin baş hakimi vəzifədən çıxarmaq haqda qərarını etibarsız elan edib. Yazılı bəyanatda baş nazir Şövkət Əziz hökumətin qərarı şərəf və hörmətlə qarşıladığını bildirib. Prezident Müşərrəfin Çodrini səlahiyyətlərindən sui-istifadə etmək ittihamı ilə vəzifəsindən kənarlaşdırmasını hakimin tərəfdarları məhkəmənin bütövlüyünə hücum kimi dəyərləndirmişdi. İlin sonunda növbəti prezidentlik dönəminə sahib çıxmağı planlaşdıran Müşərrəf indi qarşıdurma mövqeyində qətiyyət nümayiş etdirən Ali Məhkəmə ilə üzləşir.

XS
SM
MD
LG