Accessibility links

Türkiyə parlament seçkilərinə hazırlaşır


Türkiyə siyasətçiləri, sabah keçiriləcək parlament seçkiləri ilə əlaqədar kampaniyanı tamamlayıblar. Bu həftə keçirilmiş sorğuların nəticəsinə görə baş nazir Rəcəb Təyyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının səslərin 48 faizini toplayacağı təxmin edilir.

İqtidarda olan bu partiyanın 550 nəfərlik parlamentdə öz çoxluğunu saxlamağı gözlənilsə də, bu çoxluq 5 il bundan əvvəl keçirilmiş seçkilər nəticəsində əldə olunmuş çoxluğdan az ola bilər. Rəy sorğusunun nəticələrinə qörə, Dəniz Baykalın rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının səslərin 20 faizini toplayacağı təxmin olunur. Parlamentdə təmsil olunmaq üçün 10 faiz həddini keçə biləcək digər partiyalar arasında, ancaq Milliyətçi Xalq Partiyası real namizəd hesab olunur.

Rəy sorğularına qörə, kürd siyasətçiləri daxil olmaqla, 30 nəfər müstəqil namizədin də seçilmək imkanları var.

XS
SM
MD
LG