Accessibility links

Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyəti davam edəcək


Türkiyədə parlament seçkilərində dünən ki səsvermədən sonra səslərin hesablanması hardasa başa çatıb. Seçkilərdə iştirak nisbətinin təqribən 84 faiz olduğu bildirilib. Bu xəbərin sayta qoyulduğu vaxtda Ədalət və İnkişaf Partiyasının (AKP), Cumhuriyyət Xalq Partiyasının (CHP), Milliyyətçi Hərəkət Partiyasının(MHP) və müstəqillərin parlamentdə aldığı yerlərin sayı aşağıdakı kimidir: AKP 339, CHP 112 , MHP 72 , Müstəqillər 27

Baş nazir Rəcəp Tayyib Ərdoğan Ədalət və İnkişaf partiyasının aldığı səslərin ötən parlament seçkilərində aldığı səslərdən daha çox olmasına işarə edərək deyib ki, ölkədə 52 ildən bəri birinci dəfə hakim partiyanın növbəti seçkidə aldığı səslərin sayı artıb.

MHP-nin aldığı səslərin miqdarı isə keçən parlament seçkiləri ilə müqaisədə xeyli nisbətdə artaraq 14 faizə çatıb. MHP keçən seçkilərdə ölkə miqyasında 10 faizdən az səs aldığına görə parlamentdə təmsil oluna bilməmişdi.

Aldıqı səslərin miqdarı nisbətən azalan CHP-nin sədri Deniz Baykalın tənqidçiləri isə onu partiya sədrliyindən istefaya çağırıblar.

Son nəticələrə görə 27 yer qazanan müstəqil namizədlərin çoxu kürdlərdir.

XS
SM
MD
LG