Accessibility links

Yaraqlılar Bağdadın "Yaşıl zona"sında hücumları təkmilləşdiriblər


Birləşmiş Ştatların İraqdakı hərbi komandiri deyib ki, yaraqlılar Bağdadın çox ciddi mühafizə olunan Yaşıl zonasında mortira və raket hücumlarını İranda aldıqları təlimlərə görə daha sərrast həyata keçirirlər. General-leytenant Reymond Odiyerno deyib ki, yaraqların hücumlar həyata keçirmək qabiliyyəti xeyli artıb. ABŞ hərbi qüvvələri bunun İranda təlimlərlə birbaşa əlaqədar olduğunu düşünür. General Odiyerno bu açıqlamaları ABŞ və İran səfirlərinin Bağdadda İraqın təhlükəsizliyinə dair danışıqların ikinci raundunu keçirməsindən sonra verir. ABŞ-ın İraqdakı səfiri Rayan Kroker deyib ki, onun iranlı həmkarı Həsən Kazemi Qomiyə may ayında danışıqlardan sonra İranın İraqda şiə yaraqlılara dəstəyini artırmasını deməsi müzakirələrin çox kəskin ton almasına səbəb olmuşdur.
XS
SM
MD
LG