Accessibility links

Fidel Kastrounun qeyri-rəsmi şəkildə hakimiyyəti tərk etməsindən artıq bir il keçir


Kubanın kommunist rəhbəri Fidel Kastrounun qeyri-rəsmi şəkildə hakimiyyəti tərk etməsindən artıq bir il keçir. Avqust ayının 13-də 81 yaşı tamam olacaq Fidel Kastro 2006-cı ilin iyul ayının 31-də cərahiyyə əməliyyatı keçirdikdən sonra ictimaiyyət arasında görünmür. Kuba hökuməti Kastronun vəzifəsinə qayıdacağı barədə heç bir açıqlama vermir. Eyni zamanda rəsmilərin Fidel Kastorunun bir neçə aydan sonra işinə qayıdacağı barədə bəyanatları da artıq səslənmir. Lakin rəhbərlik 1959-cu ildən Kubanı idarə edən şəxsin hakimyyit başında olmaması ilə rejimin zəifləyəcəyinə dair deyilənləri rədd edir. Dövləti hazırda idarə edən Fidelin Kastronun qardaşı Raul Kastro prezident seçkilərində iştirak edib-etməyəcəyindən danışmır. ABŞ-ın Dövlət Departalemntinin sözçüsü Tom Keysi bu yaxınlarda demişdi ki, yaşlı diktator ölkənin nəzarətini daha cavan diktatora həvalə edib. O, bunun Kuba xalqınaın həyatında heç bir dəyişikliyə yol açmadığını deyib.

XS
SM
MD
LG