Accessibility links

Nümayəndələr Palatası Pentaqonun büdcəsini təsdiqlədi


Birləşmiş Ştatların Nümayəndələr Palatası ölkənin müdafiə nazirliyi üçün 460 milyard dollarlıq büdcəni təsdiqləyib. Qanunvericilər sənədi bu gün 395-13 səs nisbəti ilə qəbul ediblər. Layihə yuxarı palatanın sentyabrda tətildən qayıtmasından sonra Senatda təsdiq olunmalıdır.

Qanun Milli Qvardiya və Ehtiyat qüvvələri üçün əlavə vəsait ayrılmasını, eləcə də hərbi dəniz qüvvələrinin tərkibinin 12 min piyada hesabına artırılmasını nəzərdə tutur.

Büdcə həmçinin F 22 döyüş təyyarəsi, yaxud Joint Strike Fighter qırıcısı kimi yeni nəsil silahlar proqramının maliyyələşdirilməsini də nəzərdə tutur. İraq və Əfqanıstanda müharibə üçün vəsaitlər ayrıca bir qanunla nəzərdə tutulur.

XS
SM
MD
LG